20 İyul 2016 15:29

Novxanı çimərliyinə gələnləri qarət edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı dəniz çimərliyində E.Əsgərova, M.Mürşüdova, E.Məhərrəmzadəyə və M.Pəncəliyevə məxsus ümumilikdə 105 manat pul, 2 ədəd qol saatı və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirheydər Kərimov tutulub.

Onun iyulun 17-də Novxanı dəniz çimərliyində S.Quluzadəyə, H.Hüseynova və S.İmanova məxsus 35 manat pul, 2 ədəd mobil telefon və geyim əşyalarını oğurlaması da müəyyən edilib.

Mirheydər Kərimovun əvvəllər məhkum olunduğu bilinir.

Hacı Zeynalov


Müəllif:
Загрузка...