20 İyul 2016 15:37
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevrilişə cəhd edən 22 hərbçi sərbəst buraxılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Bosfor boğazı üzərindəki körpüdə çevriliş planını həyata keçirməyə çalışdıqları iddia olunan, əksəriyyəti Yeşilköy Hərbi Aviasiya Məktəbinin və Kuleli əsgər liseyinin şagirdləri olan həmin şəxslər məhkəmənin qərarı ilə azad edilib.

Məlumatlara görə, atışma başlanan vaxt onlar tankların içərisində gizləniblər və silahlı insidentdə iştirak etməyiblər.

Qeyd edək ki, məlum hadisə zamanı 200-dən çox insan həyatını itirib, 1500 nəfər yaralanıb.

Samir


Müəllif: