21 İyul 2016 13:24
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı döyüşçüləri yeni təhdid videosu yayımlayıb.

Teleqraf.com life.ru-ya istinadən xəbər verir ki, terrorçular videoda Fransanın Paris, Marsel və Nitsa şəhərlərində yeni terror aktları törədəcəklərini deyiblər.

Təhdid dolu video təhdid fransız dilində yayımlanıb. Görüntülərin İraqda çəkildiyi ehtimal olunur.

Video iki casusun edamı ilə başa çatıb.

Qeyd edək ki, Fransa təyyarələri ötən həftə sonu İŞİD-in Suriya və İraqdakı mövqelərini bombardman edib.

Samir


Müəllif: