21 İyul 2016 15:35

Sivas şəhərindəki 5-ci piyada birqadasının rəisi, general Fatih Cəlaləddin Kar Fətullah Gülən şəbəkəsi ilə yaxın əlaqədə olduğunu etiraf edib.

Teleqraf.com hurriyet.com-a istinadən xəbər verir ki, general istintaqa ifadəsi zamanı nurçularla əlaqələrinin olduğunu, zaman-zaman bu şəbəkəyə məxsus yurdlara və evlərə getdiyini, sistemli olaraq toplantılara qatıldığını ifadə edib: “1988-1992-ci illər arasında camaata yaxın marağım var idi. Bu müddət ərzində evlərə və yurdlara getdim, yiğıncaqlarda aktiv iştirak etdim. 10 il müddətində camaata xidmət etdim”.


Daha sonra general əlavə edib ki, 2007-ci ildən sonra, xüsusilə Balyoz və Ergenekon əməliyyatlarının ardınca bu şəbəkədən uzaqlaşmaq xətti götürüb: “Bu hadisələrdən sonra əlaqələrimi dayandırdım”.

Fatih Cəlaləddin Kar daha sonra çevriliş cəhdi haqqında danışarkən insanların bombalanmasının kədərli olduğunu dilə gətirib.

Xatırladaq ki, general çevriliş cəhdi zamanı gecə saatlarında Sivas valilik binasına gəlib və gecəni vali
Davud Güllə keçirib. Əgər çevriliş uğurla alınsaydı bu zaman general Sivas Möhkəm İdarə komandanlığı vəzifəsinə gətiriləcəkdi. Sonuncu fakt ortaya çıxdıqdan dərhal sonra general saxlanılaraq nəzarətə alınıb.

Nemət


Müəllif:
Загрузка...