21 İyul 2016 16:54

İranda barəsində ölüm hökmü çıxarılan daha 6 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, edam edilənlər arasında 1 nəfər Əfqanıstan vətəndaşı da olub.

Edam İranın Kərəc şəhər həbsxanasında həyata keçirilib.

Qeyd edək ki, son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi etirazı ilə qarşılansa da, bu ölkədə ölüm hökmlərinin icrası səngimək bilmir. İran İslam Respublikası, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, Çindən sonra ikinci yeri tutur.

Samir


Müəllif: