21 İyul 2016 20:13
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəsmi Moskva Tailandda saxlanılan Rusiya vətəndaşına görə bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, notanın göndərilməsinə səbəb Rusiya vətəndaşının öz ölkəsinə deyil ABŞ-a ekstradisiya olunmasıdır: "Biz Tayland XİN-dən dərhal açıqlama tələb edirik".

Qeyd edək ki, Dmitri Ukraynskov FBR-in sorğusu əsasında saxlanılıb.

Samir


Müəllif: