24 İyun 2014 19:27
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada atəşkəs rejiminə məhəl qoymayan terrorçular prezident Petro Poroşenkonun sülh planını pozmağa, Donetsk və Luqanskda infrastrukturun, sosial ödəmələrin bərpasına yönələn səylərin qarşısını almağa çalışırlar. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin rəhbəri Vladimir Çepovoy bildirib.

O, qeyd edib ki, Luqansk vilayətinin Rovenki şəhərində terrorçular yerli dövlət xəzinəsini, Donetskdə isə dövlət feldyeqer xidmətinin yerli bölməsini ələ keçiriblər: “Ukrayna hökuməti dövlət başçısının sülh planını tam olaraq yerinə yetirir, terrorçular isə onu sistematik şəkildə pozurlar”.

Nail Cəlil


Müəllif: