22 İyul 2016 18:24
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fransa İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə gələn ay İraqa artılleriya göndərəcək".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland açıqlayıb.

Onun sözlərinə görə, bundan başqa, Fransa eyni məqsədlər üçün sentyabda "Şarl De Qoll" daşıyıcısını Suriya və İraqa çatdıracaq. Prezident əlavə edib ki, Fransa qoşunlarının İŞİD-ə qarşı quru əməliyyatlarında iştirakı müzakirə mövzusu ola bilməz: "Bu mümkün deyil. Fransa qoşunları quru əməliyyatlarına qatılmayacaq".

Samir


Müəllif: