23 İyul 2016 09:46

Münhendə ticarət mərkəzində atəş açan şəxsin kimliyi məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin rəisi Hubertus Andre bildirib.

Məlumata görə, cinayəti törətməkdə 18 yaşlı Münhen sakini, İran əsilli Almaniya vətəndaşı şübhəli bilinir. Onun intihar etdiyi ehtimal olunur.

“Ölən və xəsarət alanlar arasında uşaq və yeniyetmələr də var. Xəsarət alanlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin terror aktı olduğu məlum deyil”, deyə H.Andre bildirib.

İyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.


Müəllif:
Загрузка...