23 İyul 2016 09:56
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Urmu gölü böhranı 15 milyon insanın həyatını təhlükə altına alır”

Bu sözləri Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan üzrə Ofisinin müdiri Fərhad Sərxoş bildirib.

GünAz TV mətbuat mərkəzinin “Mehr” xəbər agentlyinə istinadən yaydığı məlumata əsasən F.Sərxoş iyulun 21-də Sulduzda keçirilən tədbirdə, göldə yaşanan böhranın milyonlarla insanın həyatı üçün təhlükə yaratdığını qeyd edib. “Urmu gölünün quruması və onun nəticəsində duz fırtınalarının yaranması gölün ətrafında yaşayan 5 milyon insanın sağlamlığına birbaşa təsir edir. Bu məsələ həmçinin dolayı yollarla 15 milyon insanın həyatını təhlükə altına alır. Ona görə də, Urmu gölünün canlandırmasında əsas məqsədlərdən biri də, göl ətrafında yaşayan 5 milyon insanın həyatını təhlükədən qurtarmaqdır”- deyə o bildirib.

F.Sərxoş əlavə edib ki, Urmu gölünün qurumasının əsas səbəblərindən biri də insan amili və əkinçilər tərəfindən bölgənin yeraltı və yerüstü suyuların həddən artıq istifadə olunmasıdır. O, Urmu gölünün canlanması üçün modern əkinçilik siteminə keçməyin vacib olduğunu vurğulayıb.


Müəllif: