23 İyul 2016 18:31

Bu gün Berlində kansler Angela Merkelin və əlaqədar nazirlərin iştirakı ilə Almaniya hökumətinin fövqəladə iclasının keçirilməsi planlaşdırılır.

“Təhlükəsizlik kabineti”nə xarici işlər, daxili işlər, müdafiə nazirləri, federal kansler idarəsinin başçısı daxildir.

Məzuniyyətini keçirmək üçün ABŞ-a yola düşən AFR-in xarici işlər naziri Tomas de Mezyer Münxendə törədilən cinayətə görə səfərini yarımçıq qoyub. Təyyarə Nyu-Yorkda yerə enən kimi o, Almaniyaya qayıtmaq barədə göstəriş verib.


Müəllif:
Загрузка...