23 İyul 2016 23:59
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan prezidenti Əşrəf Qəni Kabildə terror aktı nəticəsində 80 nəfərin həlak olması, 231 nəfərin yaralanması ilə əlaqədar bazar gününü ölkədə matəm günü elan edib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan prezidenti bu barədə televiziya ilə çıxışında bildirib.

"Azad vətəndaşlara hücum edən düşmənlərimiz bilməlidir ki, onlar məğlub olacaq. Mən hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması üçün xüsusi komissiya yaradılmasına göstəriş vermişəm", - Əfqanıstan prezidenti deyib.

Nihad


Müəllif: