24 İyul 2016 00:37
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmaq planlaşdırılmır, ancaq zəruri halda bu olacaq, - Türkiyənin baş naziri Binali Yıldırım.

Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.

Türkiyədə çevriliş cəhdindən sonra üç aylıq fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə elan edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu qərar demokratiyanın, insan hüquq və azadlıqlarına zərər vurmayacaq, əksinə, onları daha da gücləndirəcək.


Müəllif: