24 İyul 2016 09:53
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatının Bastrop şəhərində çoxmənzilli yaşayış evində baş vermiş atışma zamanı 4 nəfər ölüb və bir uşaq yatalanıb.

APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, dörd nəfəri öldürən şəxs sonda özünə atəş açaraq, intihar edib. İnsidentin səbəbləri açıqlanmır.

Yaralanan uşaq xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Polis insidentin araşdırılmasına başlayıb.


Müəllif: