24 İyul 2016 10:27
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp terror təhlükəsi ilə əlaqədar Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp bu addımın ABŞ-a çoxlu sayda insanın səfər etməsinin qarşısını alacağını da etiraf edib.

D. Tramp onu da bildirib ki, ümumilikdə terror aktlarına tez-tez məruz qalan ölkələrin vətəndaşlarına münasibətdə yoxlamalar sərtləşdirilməlidir.


Müəllif: