24 İyun 2014 23:07
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq Şam İslam Dövləti" təşkilatı ilə bağlı gündəmi dəyişəcək iddia ortaya atılıb.

İraq Əl-İrakiyə televiziyası ABŞ ordusuna məxsus pilotsuz hava vasitələrinin İŞİD-i vurduğunu iddia edib. Əl-İrakiyə Suriya ilə sərhəddə yerləşən Qaimdə İŞİD üzvlərinə hava hücumu edildiyini bildirib. Ağ Ev isə bu məlumatı təkzib edib.

"Russia Today" qəzeti isə kimə aid olduğu biliməyən pilotsuz hava vasitələrinin İraqın şimalında bəzi mövqeləri bombaladığını bəyan edib.


Qeyd edək ki, bu gün Qaimə Suriya hərbi təyyarələrinin də zərbə endirdiyi barədə xəbərlər yayılmışdı./axar/


Müəllif: