24 İyul 2016 14:51
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərin yekunu üzrə bürünc medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz finalda 18.500 bal toplayıb.

Birinci yeri 19.400 balla rusiyalı gimnastlar Yana Kudryavtseva və Marqarita Mamun bölüşüblər.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.


Müəllif: