24 İyul 2016 22:53
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada siyasətçilər Münhendə baş vermiş hadisədən sonra silahlar üzərində ciddi nəzarət tələb edir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, vitse-kansler Sigmar Gabriel bildirib ki, ölümcül silahlara çıxışı məhdudlaşdırmaq üçün hər şey edilməlidir.

18 yaşlı David Sonboly cümə günü insanlara hücum edərək 9 nəfəri öldürüb və daha sonra özünü qətl edib. O "Glock" tapancasından və 300 güllə istifadə edib.

Daxili işlər naziri Tomas de Maiziere bəyan edib ki, silahlarla bağlı qanunu nəzərdən keçirəcək.


Müəllif: