25 İyul 2016 09:15
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Ansbax şəhərində dəhşətli partlayış baş verib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, partlayış zamanı 1 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.

Bavariyanın daxili işlər idarəsinin rəisi Yoahim Herman məsələ ilə bağlı ilkin versiyanı səsləndirib. Onun sözlərinə görə, hadisə şəhər mərkəzindəki restoranlardan birinə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib: "Partlayışı suriyalı islamçının törətdiyi və onun hadisə zamanı öldüyü iddia edilir. Hadisə yerindən cinayətkara məxsus telefon da aşkar edilib".

Samir


Müəllif: