25 İyul 2016 10:43

Malaziyanın Coxor ştatı yaxınlığında qayıq batıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər həyatını itirib, 20 nəfər itkin düşüb.

Məlumatlara görə, olay zamanı qayıqda 62 nəfər olub, onlardan 34-ü xilas edilib. Onların qeyri-qanuni yolla İndoneziyadan Malaziyaya keçmək istədiyi iddia edilir. Faktla bağlı araşdırmalar davam edir.

Samir


Müəllif:
Загрузка...