25 İyul 2016 11:28
2 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də Türkiyədəki hərbi çevrilişə cəhd ilə bağlı yeni iddialar irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Yeni Şafak" qəzeti məlumat dərc edib:

"Qiyamın araşdırılmasında fəal rol oynayan hərbi qaynaqlardan biri xarici əlaqələr vasitəsilə maraqlı məlumatlar əldə edib. Həmin mənbənin məlumatına görə, qiyamı hazırlayan və idarə edənlər arasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) komandiri general Con F. Kampbel də olub. O, qiyama dəstək məqsədilə Nigeriyadakı Afrika Birləşmiş Bankından (UBA) çevrilişə cəhd üçün külli miqdarda pul ayırıb. Bu pullar Türkiyə banklarında 80 fərqli hesaba yüklənib.

Qiyamdan öncə general Kampbell gizlicə Türkiyəni 2 dəfə ziyarət edib. O, səfər çərçivəsində həm Ərzurumda, həm də Adanadakı İncirlik hərbi hava bazasında görüşlər keçirib. Hərbi mənbə bildirib ki, orduda xidmət edən zabit heyətinin hazırlıq prosesini də həmin general idarə edib. 2014-cü ildən bu günə Əfqanıstandakı Beynəlxalq Dəstək Qrupuna rəhbərlik edən və may ayında təqaüdə çıxan Kampbel çevrilişin uğurlu keçəcəyi təqdirdə ən qısa zamanda Türkiyəyə gəlməyi planlaşdırıbmış".

Nəşr xüsusilə qeyd edib ki, Fətullah Gülənə sadiq şəxslər 2015-ci ilin ikinci yarısından etibarən orduda xidmət edən və tabeçiliyində əsgər olan zabitlər haqqında bütün məlumatları əldə edib. Onlar xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, məlum hadisələr zamanı 240-dan çox insan həyatını itirib, 1600 nəfər yaralanıb.

Samir


Müəllif: