25 İyul 2016 12:05
200

Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdinin uğursuzluğundan sonra başlanan istintaq prosesi ilə əlaqədar 42 jurnalist saxlanılıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar arasında tanınmış jurnalist Nazlı Ilıcak da var. Məlumatlara görə, onlardan 5-i barəsində həbs qərarı çıxarılıb. İstintaq davam edir.

Samir


Müəllif: