25 İyul 2016 14:43
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullah Gülənə yaxın iki şəxs ABŞ prezidenti Barak Obamanın mətbuat konfransına qatılıb.

Teleqraf.com "Huriyyet" qəzetinə istinadən xəbər verir ki, mətbuat konfransı Türkiyədəki hərbi çevrilişə cəhddən 1 həftə sonra keçirilib:

"Fətullah Güləni Türkiyəyə ekstradisiya etmək istəməyən ABŞ administrasiyası Gülənə yaxın iki nəfəri - Türk Amerikan Birliyinin rəhbəri Faruk Taban və Rumi Forumunun rəhbəri Əmrə Çelikin prezident Obamanın mətbuat konfransına qatılmasına imkan yaradıb. Konfransda Çelik Obama ilə selfi çəkdirib və bu görüntünü sosial şəbəkədə paylaşıb".

Samir


Müəllif: