25 İyul 2016 16:14

ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik ölkədə keçiriləcək prezident seçkilərində dəstəklədiyi namizədin adını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Respublikaçılar partiyasından olan namizəd, milyarder Donald Trampı dəstəkləyəcəyini deyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Samir


Müəllif:
Загрузка...