25 İyul 2016 16:14
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terrorçuları Türkiyənin Mardin bölgəsinin Derik rayonunda xain hücum həyata keçiriblər.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 3 polis şəhid olub.

Məlumatlara görə, rayonun Denktaş məhəlləsində yola yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

Samir


Müəllif: