25 İyul 2016 21:14
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə görüşüb. Teleqraf.com xəbər verir ki, Ərdoğan partiya sədrlərinə təşəkkür edib.

"Çox gözəl haldır ki, dövlət çevrilişi cəhdi zamanı müxalifət dövlətə tam dəstək verdi. Bundan dolayı hər kəsə təşəkkürümü bildirirəm"

Bu gün prezident Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüşüb. Görüşdə Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Binəli Yıldırım da iştirak edib.


Müəllif: