26 İyul 2016 09:28
389

Yaponiyanın Saqamihara şəhərində naməlum şəxs əqli qüsurlu insanların saxlanıldığı xəstəxanaya hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bıçaqla silahlanmış şəxs qarşısına çıxan hər kəsə xəsarət yetirib.

Polisdən verilən məlumata görə, hücum zamanı 19 nəfər həyatını itirib, 26 nəfər xəsarət alıb. Xəsarət alanlardan 20-sinin vəziyyəti ağırdır. Cinayətkar yaxalanaraq, polis bölməsinə aparılıb.

Hücumun hansı səbəbdən baş verdiyi məlum deyil.

Samir


Müəllif: