26 İyul 2016 11:04

"Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üçün işləyir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Parlamentinin alt palatasının deputatı Vyaçeslav Nikonov deyib. Onun sözlərinə görə, bu səbəbdən ABŞ-ın Güləni ektradisiya etməsi mümkün deyil:

"Bu çevriliş cəhdində ABŞ-ın əli var. Gülənin CİA üçün işlədiyi məlumdur. Onlar Güləni ektradisiya etməyəcək. Bu arada NATO-nun Varşava sammitində heç kim Ərdoğanla görüşmədi. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdən 3 gün əvvəl rusiyalı həmkarı Vladimir Putinlə barışmışdı".

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi Ruslan Qurbanov da iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı fikirlərini bölüşüb: "Türkiyə xalqı qanuni prezident və suverenliyi üçün ayağa qalxdı. Türkiyədə çevrilişə cəhd edənlər Ukraynada da çevriliş edib, Rusiyanı qarışdırmaq istəyirlər. Gülənin yaşıl kart iddiası ləğv edildi. Bundan sonra o, məhkəməyə müraciət etdi. Məhkəmədə onun tərəfini tutanlar arasında CİA-nın sabiq üzvləri George Fidas və Graham Fuller, ABŞ-ın Ankaradakı keçmiş səfiri Morton Abramoviç də var.

Gülən ABŞ-ın köməyi ilə əlaltılarını Türkiyənin dövlət orqanlarına sızdırıb. Türk xalqının qəhrəmanlığı sayəsində hərbi çevrilişə cəhdin qarşısı alındı".

Şərqşünaslıq və Beynəlxalq araşdırmalar mərkəzinin rəhbəri, türkoloq Vladimir Avatkov isə Ərdoğanın məhkəmə və təhsil sahəsində Gülən tərəfdarlarını işdən çıxarması məsələsinə diqqət çəkib: "Rusiya bu addımı alqışlayır. Belə davam etməlidir. FETÖ Rusiyada da qadağandır".

Samir


Müəllif:
Загрузка...