25 İyun 2014 02:15
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna antiterror əməliyyatı (ATƏ) qüvvələrinin vertolyotunun Slavyanskda qanunsuz silahlı birləşmələr tərəfindən vurulmasına silahla cavab vermək hüququna malikdir".

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Avstraliyanın BMT-dəki daimi nümayəndəsi Qeri Kuilen bildirib.

"Avstraliya başa düşür ki, Ukrayna Silahlı Qüvvələri özünü müdafiə etmək üçün güc tətbiq edir. Və buna tam hüququ var", – Kuelin bildirib.

Onun sözlərinə görə, vertolyotun vurulması "pis xəbərdir".

Diplomat hər iki tərəfi atəşkəsə əməl etməyə çağırıb.

Nihad


Müəllif: