27 İyul 2016 09:41

“Tərh-i No” qəzetinin türkləri təhqir etməsi ilə bağlı Təbriz, Ərdəbil və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyaların qarşısını almaq üçün digər şəhərlərdən çox sayda təhlükəsizlik qüvvələri cəlb edilib.

Əhalinin toplaşacağı yerlər nəzarətə götürülüb. Amma buna baxmayaraq, etirazçılar aksiya keçirməyə nail olublar. Təbriz və Urmiyada keçirilən aksiyalarda “Haray, Haray mən türkəm”, “Azərbaycan milləti – Çəkməz bu zilləti” və s. kimi şüarlar səsləndirilib.

Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və dəyənəklə istifadə edərək, nümayişləri dağıtmağa çalışıblar. Hər üç şəhərdə onlarla etirazçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumatlara görə, azərbaycanlı fəallar iyulun 28-də növbəti dəfə etiraz aksiyası keçirməyi planlaşdırır.

Qeyd edək ki, Şərqi Azərbaycanda nəşr olunan “Tərh-i No” qəzeti iyulun 20-də türklərə qarşı təhqiramiz yazı dərc edərək, onları bədbəxt, irqi pis və s. kimi sözlərlə təqdim edib.

Samir


Müəllif:
Загрузка...