27 İyul 2016 12:58
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhddən sonra xeyli sayda universitet, məktəb, xəstəxana, həmkarlar ittifaqı və cəmiyyətlər qapadılıb.

Teleqraf.com "Hüriyyət" qəzetinə istinadən xəbər verir ki, bu qurumlara aid bütün əmlak dövlət xəzinəsinə təhvil veriləcək. Əmlakın ümumi dəyəri 100 milyard dollar göstərilib.

Məlumata görə, çevrilişdən sonra 35 xəstəxana, 934 məktəb, 109 tələbə yataqxanası, 1125 dərnək, 15 üniversitet və 19 həmkarlar ittifaqı bağlanıb. Bu qurumların binaları isə aidiyyatı nazirliklər tərəfindən istifadə oluna biləcək.

Qapadılan universitetlər arasında Türkiyənin ilk özəl universiteti olan Fatih Universiteti də var. Ümumlikdə qapadılan universitetlər bunlardır:

1. Altın Koza Universiteti (Ankara)

2. Bursa Orxanqazi Universiteti (Bursa)

3. Canik Başarı Universiteti (Samsun)

4.Selahattin Eyyubi Universiteti (Diyarbəkir)

5. Ftaih Universiteti (İstanbul)

6. Melikşah Universiteti (Kayseri)

7. Mövlanə Universiteti (Konya)

8. Şəfa Universiteti (İzmir)

9. Turqut Özal Universiteti (Ankara)

10. Zirvə Universiteti (Qaziantep)

11. Qanuni Universiteti (Adana)

12. İzmir Universiteti (İzmir)

13. Murad Xudavendigar Universiteti (İstanbul)

14. Gediz Universiteti (İzmir)

15. Süleyman Şah Universiteti (İstanbul)

Qeyd edək ki, Fatih Universitetinin 16 min tələbəsi var və bu təhsil ocağının büdcəsi 350-400 milyon dollardır.

Samir


Müəllif: