27 İyul 2016 20:32

Avstraliyanın Darvin şəhərində baş verən hadisə ölkədə kəskin etiraza səbəb olub.

Teleqraf.com "Milliyət" qəzetinə istinadən xəbər verir ki, şəhərin Don Deyl uşaq həbsxanasında çəkilən görüntülərdə 17 yaşlı Dilan Vollerə qarşı zorakılıq görüntüləri əks olunub.

Araşdırmalar zamanı Vollerin 2010-cu ildən bəri bir neçə dəfə təcavüzə uğradığı aydınlaşıb: "Görüntülərdə Vollerin elektrik stuluna bağlanması və döyülməsi əks olunub. Ən qəribəsi isə rəsmi şəxslərin buna biganə yanaşması olub".

Avstraliyanın baş naziri Makolm Turnbull məsələyə qarışıb. O, hadisələrin araşdırılması üçün komissiyanın yaradılacağını bildirib.

Elvin


Müəllif:
Загрузка...