27 İyul 2016 16:49
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya dünyada birinci olaraq öz ərazisində 2050-ci ilədək bütün yırtıcıların məhv edilməsi qərarına gəlib. Ölkədə olan yerli quşların tükənməsi hökuməti bu addımı atmağa vadar edib.

Artıq safsar, sincab və vəhşi pişikləri məhv etmək üçün 28 milyon dollar ayrılıb. Yeni Zelandiya adalarına digər ərazilərdən gətirilən bu növlər hər il milyonlarla yerli quşların məhvinə səbəb olur.

Planın qəddarlığına münasibət bildirən yeni zelandiyalılar qeyd edirlər ki, ekosistem adalarda avropalılar buraya gəlməmişdən əvvəl daha harmonik olub. (Azərtac)


Müəllif: