27 İyul 2016 22:54
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın ən böyük şirkətlərindən olan "Air France" aviakompaniyasının işçiləri uzunmüddətli tətilə başlayıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şirkət əməkdaşları iş rejiminin yaxşılaşdırılmasını və müqavilə müddətinin uzadılmasını tələb edirlər.

Tətilin avqustun 2-nə kimi davam edəcəyi bildirilib. Məlumatlara görə, tətil səbəbindən artıq 20-ə yaxın reys təxirə salınıb. Tətilin şirkətə külli miqdarda ziyan vuracağı bildirilib.

Samir


Müəllif: