25 İyun 2014 10:03
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda intihara cəhd olub.

Goranboy rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Ağamalıoğlu kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev özünü qatarın altına atıb. Ağır xəsarət alan Faiq Musayev xəstəxanaya yerləşdirilib. Həkim müayinəsi altında olan Faiq Musayevin vəziyyətinin ağır olduğu bildirilir.

Faiq Musayevin banka xeyli miqdarda borcu olub və buna görə də intihar etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: