28 İyul 2016 13:59

Türkiyənin də üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı Fətullah Gülən hərəkatını terror təşkilatı elan edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təşkilatın 57 üzvündən 56-sı qərarı dəstəkləyib.

Misir isə FETÖ-nü terror təşkilatı olaraq görmədiyini bildirib. Qərar təşkilatın xarici işlər nazirləri üçün keçirdiyi hazırlıq toplantısında qəbul edilib.

Qeyd edək ki, Misir bundan öncə də BMT-nin Türkiyədəki 15 iyul hərbi çevrilişə cəhdi qınayan bəyanatına qarşı çıxmışdı.

Samir


Müəllif:
Загрузка...