25 İyun 2014 10:12
562

Tailandda rus mafiya başçısı tutulub.

Tailand polisi “Şelkovskoy” cinayət qruplaşmasına qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində rus mafiya başçısı “Basmaç” ləqəbli Aleksandr Matusov həbs edilib.

Tailand Miqrasiya bürosunun açıqlamasına görə, Matusov Banqkokda tutulub. O, saxta Koreya pasportu ilə Tailanda keçmək istəyirmiş.

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 2009-cu ildə Aleksandr Matusovu axtarışa vermişdi. O, 80-dən çox cinayətin törədilməsində, insan oğurluğunda təqsirli bilinir./anspress/


Müəllif: