29 İyul 2016 11:04

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton Filadelfiyada seçiciləri ilə görüşdə maraqlı açıqlamaları ilə yadda qalıb.

Teleqraf.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, Klinton bildirib ki, ABŞ iqtisadiyyatının ən yüksək səviyyəyə çatdırılması əsas vəzifəsi olacaq: "Mənim əsas missiyam əlavə imkanların yaradılması, iş yerlərinin və əmək haqlarının artırılması ilə bağlı olacaq".

Klinton ABŞ-da silah satışı ilə bağlı təklif olunan qadağa məsələsinə də toxunub. Onun sözlərinə görə, prezident seçildiyi təqdirdə belə bir qadağa olmayacaq.

Demokratların namizədi terrorçuluqla mübarizəyə və ABŞ-ın düşmənlərinin məhv edilməsinə diqqət çəkib:

"Söz verirəm ki, ABŞ-ın düşmənləri məğlubiyyətlərini etiraf edəcəklər. Amerikalıların təhlükəsizliyi prezidentlik postunda mənim başlıca prioritetim olacaq. Hazırda dünyanın bir çox ölkələrində terror aktları törədilir. Biz onları havadan məhv edəcəyik və yerli qüvvələrə quru əməliyyatlarında kömək edəcəyik. Bu, asan və tez olmayacaq. Ancaq biz qələbə qazanacağıq".

Klinton NATO-nun Rusiya təhlükəsinə qarşı atdığı addımları qiymətləndirib: "Mən bizim müttəfiqlərimizə qarşı hər hansı təhlükəyə yönəlik NATO-nun atdığı addımları dəstəkləyirəm"

Amerikalı diplomat İranla nüvə razılaşmasını alqışlayıb: "Mən fəxr edirəm ki, biz heç bir atəş açılmadan İranın nüvə proqramını bağlamağı bacardıq. İndi bizə bunu reallaşdırmaq və İsrailin təhlükəsizliyini təmin etmək lazımdır".

Samir


Müəllif:
Загрузка...