29 İyul 2016 14:10
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-ın Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Türkiyədə iyulun 15-də həyata keçirdiyi çevriliş cəhdi ilə bir əlaqəsi yoxdur".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, Türkiyə ABŞ-ın tək tərəfdaşı deyil, həm də dostudur: "İŞİD-ə qarşı əməliyyatlarda Türkiyənin rolu danılmazdır. Bu məsələdə Vaşinqton və Ankara arasında əlaqələr davam edəcək".

Gülənin ektradisiyası məsələsinə toxunan amerikalı diplomat bunun baş tutmayacağı təqdirdə iki ölkə arasında münasibətlərin pisləşəcəyi fikrini dəyərləndirib: "Biz Fətullah Gülənin geri qaytarılması məsələsində məsləhətləşmələr aparırıq və onun qaytarılması dəlillərə əsaslanan bir mövzudur. Bu proses Dövlət Katibliyi və Әdliyyə Nazirliyinin nəzarətindədir".

Samir


Müəllif: