29 İyul 2016 14:34

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasın ABŞ-ın bu ölkədəki səfiri Con Teffti qəbul edib.

Teleqraf.com Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, görüş amerikalı səfirin təşəbbüsü ilə baş tutub.

Görüş zamanı diplomatlar Suriya və Qafqazdakı vəziyyəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə ediblər.

Samir


Müəllif:
Загрузка...