29 İyul 2016 16:27

Rusiya Suriyada sülhün əldə edilməsi üçün lazımi şərtləri açıqlayıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Cenevrədə Suriya danışıqlarının tezliklə bərpa edilməsinin tərəfdarıdır: "Suriya böhranının həlli və ölkədə sülhün bərqərar olunması üçün əsas şərt mötədil müxaliflərin hakimiyyət institutlarının formalaşmasında iştirakıdır".

Bu arada, rəsmi Moskva Rusiya avia-qrupunun Suriyada yerləşdirilməsi sazişini təsdiq edib. Sənəd ratifikasiya olunması üçün Dövlət Dumasına göndəriləcək.

Qeyd edək ki, sənəd 2015-ci ilin avqustun 26-da Dəməşqdə imzalanıb. Sənədin mahiyyəti açıqlanmır.

Samir


Müəllif:
Загрузка...