29 İyul 2016 17:11
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özəl Hərəkat Dairə Başqanlığını ziyarət edib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ziyarət əsnasında Ərdoğan maraqlı açıqlamalar verib.

O, 15 iyulda Türkiyədəki hərbi çevrilişdən sonra ABŞ Mərkəzi Qüvvələr komandanı general Cozef Votelin verdiyi açıqlamaya qəzəblənib: "Son baş verən hadisələr zamanı çox sayda şəhid verdik. Bunu heç vaxt unutmayacağıq.

Hadisələrdən sonra amerikalı generalın verdiyi açıqlamaya baxın. O, bəzi yüksək vəzifəlilərin həbsdə olmasından narahatlığını ifadə edib. Bunu deyəndən soruşuram. Sən kimsən, Özünü nə sanırsan? Bunu deməyə sənin nə həddin çatır? Sən mənim ölkəmdə hərbi çevrilişə cəhd edənlərə qarşı çıxmaq əvəzinə onların yanında olursan. Onsuz da qiyamçıların başçısı sənin ölkəndədir. Onu öz ölkənizdə bəsləyirsiniz".

Samir


Müəllif: