29 İyul 2016 22:35
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin avqust ayında Türkiyəyə səfər etməyəcək. Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, futbol üzrə Türkiyə və Rusiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununda Putinin iştirak etməyəcəyini qeyd edib.

Qeyd edək ki, futbol üzrə Rusiya və Türkiyə milli komandaları avqustun 31-də Antalya şəhərində yoldaşlıq oyunu keçirəcək. Bəzi mətbu orqanların məlumatına görə, Vladimir Putin oyunu izləmək üçün Türkiyəyə səfər edəcək.


Müəllif: