30 İyul 2016 17:15

Suriada İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) 3 üzvü həlak olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Seyid Həmid Əhmədi, Əlirza Kərimi və Əbdüləli Qəyyumi Hələb uğrunda gedən döyüşlər zamanı İŞİD terrorçuları tərəfindən öldürülüb.

SEPAH-çıların meyiti bu gün Tehran şəhərinə gətirilib. Onların Suriyaya nə vaxt göndərildiyi məlum deyil.

Elvin


Müəllif: