30 İyul 2016 22:52

Ermənistan Prokurorluğu iyulun 29-su gecəsi Yerevanda jurnalistlərin döyülməsi faktı ilə bağlı cinayət işi qaldırıb.

Həmin gecə 15 jurnalist yaralanıb, onlardan 3-ü AzadlıqRadiosunun əməkdaşıdır.

Onlara mülkigeyimli şəxslər hücum edib, dəyənəklə döyülüblər, rezin güllələrlə yaralanıblar.

Jurnalistlərin bəzisi xəstəxanaya yerləşdirilib.

İyulun 29-da Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma olub, polis 50-dən çox adam saxlayıb, 20-sini həbs edib.

Aksiyaçılar bir neçə gündür ki, polis alayının binasını ələ keçirən silahlı qrupa dəstək aksiyası keçirirdi.


Müəllif:
Загрузка...