30 İyul 2016 20:14

Braziliyanın San-Paulu şəhərində silahlı şəxs 5 nəfəri girov götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, mağazanı qarət edən quldurlar polisin gəldiyini görüb qaçmaq istəyiblər. Amma silahlılardan biri qaça bilməyib və mülki şəxsləri girov götürərək həbsdən yayınmaq istəyir. Hazırda silahlı ilə danışıqlar aparılır.


Müəllif:
Загрузка...