30 İyul 2016 21:52
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya polisi "Münhen-Pazinq" dəmiryol stansiyasının vağzalını və "Arkad" ticarət mərkəzini terror təhlükəsi haqda məlumatla bağlı təxliyə edib.

"Report" xəbər verir ki, bu barədə "Bayerischer Rundfunk" radiostansiyası məlumat yayıb.

Məlumata görə, polisə zəng etmiş NAMƏLUM şəxs ticarət mərkəzində partlayıcı qurğunun olduğunu bildirib və bundan sonra dəstəyi asıb.

"Söhbət təhlükəsizlik tədbirlərindən gedir" – deyə polis nümayəndəsi bildirib


Müəllif: