31 İyul 2016 10:39
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı milli-mədəni fəal Məhəmməd (Oxtay) Rəşidi 4 aylıq həbs cəzasını çəkdikdən sonra iyulun 30-da Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

2013-cü ildə hökumət əleyhinə sözləşmə və sistemin əleyhinə təbliğ ittihamları ilə 4 ay 1 gün həbs cəzasına məhkum edilən fəal, 2016-cı il mayın 31-də həbs qərarının icrası üçün Təbrizin Ədliyyə Şöbəsinə çağırılıb və oradan bu şəhərin mərkəzi zindanına intiqal edilmişdir.

Məhəmməd Rəşidi 2013-cü il aprelin 30-da Əmir Hadiyan, aşıq İsa Qaraxanlı və Azərbaycan Cümhuriyyətinin Xalidə Xalid və Şamxal Hüseynov adlı vətəndaşları birlikdə Təbrizdə yaxalanmışdır. O 56 gün saxlandıqdan sonra 2013-cü il iyunun 25-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır. (Gunaz.tv)


Müəllif: