31 İyul 2016 12:19

Yerevanda polis binasını ələ keçirən silahlı şəxslər girovda qalan 2 tibb işçilsini buraxıblar.

Bu barədə Trend Ermənistan KİV-lərinə istinadə xəbər verir.

Qeyd edək ki, bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatda deyilir: “Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb”.

Bundan əvvəl bildirilirdi ki, silahlı qrup radikal müxalif “Yeni Ermənistan” İctimai xilac cəbhəsinin lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edir.

Bölmə istiqamətində olan bütün ətraf ərazilər mühasirəyə alınıb. Əraziyə daxili qoşunlar, polis qüvvələri, o cümlədən zirehli texnika gətirilib. Jurnalistlər mühasirəyə alınmış əraziyə girişinə icazə verilmir. Polis heç bir şərh vermir, rəsmi bəyanatı gözləməyə çağırır.

Hər iki tərəfdən yaralıların olduğu bildirilir.


Müəllif:
Загрузка...