31 İyul 2016 17:24

İranda 9 nəfər neft emalı zavodunda yanğın zamanı ciddi xəsarət alıb.

AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, zavodda yanğın təmir işləri zamanı baş verib. Yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılardan 2-nin vəziyyəti olduqca ağırdır.

Yanğın söndürülüb, təhqiqat aparılır.


Müəllif:
Загрузка...